“Maarifçi” Tələbə Kredit Fondu 2018-2019-cu tədris ili üzrə elan sessiyasına start verir

“Maarifçi” Tələbə Kredit Fondunun 2018-2019-cu tədris ilinin ilk semestri üzrə elan sessiyası başlayır.

Fondun üçüncü elan sessiyasının tarixi 17 sentyabr – 19 oktyabr 2018-ci il olaraq müəyyənləşdirib. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri də 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün təqdim olunacaq.

Tələblər üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb.