“Maarifçi” Tələbə Kredit Fondu 2017-2018-ci tədris ilinin növbəti elan sessiyasına başladı

Maarifçi Tələbə Kredit Fondu növbəti elan sessiyasına başladı.

Kredit almaq üçün müraciət tarixi 01 fevral – 15 mart 2018-ci il olaraq müəyyənləşdirib. Bu elan sessiyasında təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu elan sessiyasında da dəyişməz olaraq qaldı.

“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan bəri beşinci elan sessiyasını keçirir. Bu müddət ərzində Fonda daxil olan 304 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə, 175 təhsil krediti müqaviləsi imzalanmışdır.