“Maarifçi” Tələbə Kredit Fondunun dördüncü elan sessiyası sona çatıb

“Maarifçi” Tələbə Kredit Fondunun dördüncü elan sessiyası sona çatmışdır.

Bu elan sessiyasında faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrə təqdim olundu.

Belə ki, Fondun əməkdaşı olan 14 universitet tərəfindən təqdim olunmuş yerlərə əsasən 88 elektron müraciətə baxılmışdır. Seçim meyarlarına uyğun olan tələbələrlə 41 təhsil krediti müqaviləsi imzalanmışdır. Digər tələbələr akademik borcu olan, ÜOMG-si uyğun olmayan və sənədlərində uyğunsuzluqları olanlar olmuşdur.

Növbəti semestr tələbələr üçün yenidən elan sessiyası olacaq. Bu barədə ətraflı məlumat Fondun vebsaytının müvafiq bölməsində yerləşdiriləcək.