“Maarifçi” Tələbə Kredit Fondunun üçüncü elan sessiyası sona çatıb

“Maarifçi” Tələbə Kredit Fondunun üçüncü elan sessiyası (01 fevral- 15 mart 2017) sona çatmışdır. Eyni zamanda bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə keçirilmiş ikinci elan sessiyası olmuşdur.
Belə ki, Fondun əməkdaşı olan 14 universitet tərəfindən təqdim olunmuş yerlərə əsasən 36 elektron müraciətə baxılmışdır. Seçim meyarlarına cavab verən tələbələrlə 34 təhsil krediti müqaviləsi imzalanmışdır. Digər tələbələr akademik borcu olan, ÜOMG-si uyğun olmayan və sənədlərində uyğunsuzluqları olanlar olmuşdur.