“Maarifçi” Tələbə Kredit Fondu 2016-2017-ci tədris ilinin növbəti elan sessiyasına başlayır

“Maarifçi” Tələbə Kredit Fondu 2016-2017-ci tədris ilinin növbəti elan sessiyasına başlayır.

Fondun üçüncü elan sessiyasının tarixi 01 fevral – 15 mart 2017-ci il olaraq müəyyənləşdirib. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri də 2016-2017-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün təqdim olunacaq.

Tələblər üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb.