“Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalandı

“Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Aqrar Universiteti tərəfdaşlıq etməyə başladı.

“Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Bu tərəfdaşlığa əsasən Fondun təqdim etdiyi təhsil kreditləri Azərbaycan Dövlət Aqrar Universitetinin aztəminatlı ailələrdən olan tələbələrinə də şamil olunacaq.

Beləliklə, Azərbaycan Dövlət Aqrar Universiteti Fondun növbəti tərəfdaşı oldu. “Maarifçi” Tələbə Kredit Fondu artıq 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.