“Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalandı

“Maarifçi” Tələbə Kredit Fondunun əməkdaşlıq etdiyi universitetlər sırasına yeni biri əlavə olundu.

14.11.2016-cı il tarixində “Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Bu tərəfdaşlıq müqaviləsinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aztəminatlı ailələrdən olan tələbələri Fondun təqdim etdiyi təhsil kreditlərindən yararlanacaq.

Artıq Fondun əməkdaşlıq etdiyi universitetlərin sayı 13 oldu. Beləliklə, Fond daha çox tələbəyə təhsil kreditləri vasitəsilə köməklik göstərə biləcək.