“Maarifçi” Tələbə Kredit Fondunun ikinci elan sessiyası sona çatıb

31.10.2016-cı il tarixində “Maarifçi” Tələbə Kredit Fondunun ikinci elan sessiyası (01-31 oktyabr 2016) sona çatmışdır.

Belə ki, Fondun əməkdaşı olan 12 universitet tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən 121 elektron müraciətə baxılımışdır. Seçim meyarlarına cavab verən tələbələrlə 80 təhsil kredit müqaviləsi imzalanmışdır. Digər tələbələr akademik borcu olan, ÜOMG-si uyğun olmayan və sənədlərində uyğunsuzluqları olanlar olmuşdur.