“Maarifçi” Tələbə Kredit Fondu ilə Lənkəran Dövlət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalandı

“Maarifçi” Tələbə Kredit Fondu daha bir Universitetlə əməkdaşlıq etməyə başladı.

22.09.2016-cı il tarixində “Maarifçi” Tələbə Kredit Fondu ilə Lənkəran Dövlət Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Bu tərəfdaşlığa əsasən Fondun təqdim etdiyi təhsil kreditləri Lənkəran Dövlət Universitetinin aztəminatlı ailələrdən olan tələbələrinə də şamil olunacaq.

Fond artıq 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.