“Maarifçi” Tələbə Kredit Fondu ilə Xəzər Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalandı

“Maarifçi” Tələbə Kredit Fondu əməkdaşlıq etdiyi Universitetlərin siyahısına bir yenisi daha əlavə olundu.

16.09.2016-cı il tarixində “Maarifçi” Tələbə Kredit Fondu ilə Xəzər Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Tərəfdaşlığa əsasən artıq Xəzər Universitetinin aztəminatlı ailələrdən olan tələbələri də Fondun təqdim etdiyi təhsil kreditlərindən yaralana biləcək.

Xəzər Universiteti Fonda qoşulan ilk özəl universitetdir. Beləliklə, Fondun əməkdaşlıq etdiyi universitetlərin sayı 11-ə yüksəldi.