Borc Portfelinin İdarəedilməsi proqram təminatı üzrə satınalma elanı

“Maarifçi” Tələbə Kredit Fondu tələbələrə təqdim etdiyi təhsil kreditləri üzrə portfelini daha effektiv idarə etmək, tələbələrə mövcud kredit borclarına görə onlayn məlumat əldə etmək imkanı yaratmaq, eləcə də məlumat dəqiqliyini və təhlükəsizliyi təmin etmək üçün kiçik miqyaslı xüsusi hazırlanmış Borc Portfelinin İdarəedilməsi üzrə proqram təminatı almaq niyyətindədir.

Layihənin ümumi icra müddəti 45 iş günü və büdcəsi 15 min AZN (ƏDV xaric) dəyərindədir. Bu xidməti göstərmək üçün maraqlı olan hüquqi şəxslər rəsmi qaydada aşağıda göstərilən ünvana müraciət edib proqram təminatı üzrə hazırlanmış Texniki Tapşırıq sənədini ödənişsiz qaydada əldə edə bilərlər.

İstiqlaliyyət küç. 31C AZ1001, BAKI, Azərbaycan
+994 12 505 66 03
info@maarifci.az


Layihədə yekun marağın bildirilməsi üçün rəsmi müraciət üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 16 sentyabr 2016-ci il, saat 17:00-dək göstərilən ünvana təqdim olunmalıdır.