“Maarifçi” Tələbə Kredit Fondunun ilk təhsil kreditləri tələbələrə təqdim olundu

30.06.2016-cı il tarixində Təhsil Nazirliyində “Maarifçi” Tələbə Kredit Fondunun ilk təhsil kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Görüşdə 03-25 iyun 2016-cı il tarixində keçirilən birinci elan sessiyasının nəticələri açıqlanıb. Belə ki, Fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Akademik göstəricisi 71-dən aşağı olan və ya sənədlərində uyğunsuzluq olan tələbələr mənfi cavab almışdır.