Fondun yeni veb səhifəsi istifadəyə verildi

Fondun yeni veb səhifəsi  istifadəyə verildi

“Maarifçi Tələbə Kredit” Fondunun rəsmi veb səhifəsi www.maarifci.az portalı artıq tələbələrin və ictimaiyyətin istifadəsinə verilib.

Burada tələbələr üçün Fondun missiyası, fəaliyyəti, təqdim olunan kredit növləri və onların şərtləri, açıq elan sessiyaları barədə ətraflı məlumat yerləşdirilib.

Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədi güdür. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlər portalın müvafiq səhifələrində açıq və aydın şəkildə ictimaiyyətlə paylaşılıb.

Portalda yerləşdirilmiş bir digər faydalı alət kredit simulyatorudur. Bu simulyator vasitəsilə tələbələr maraqlandıqları kreditin geri qaytarma qrafikini, dövrlər üzrə ödəniş məbləğini və kredit müddəti üzrə cəmi faiz ödənişi görə bilərlər.