“Maarifçi Tələbə Kredit” Fondu fəaliyyətə başladı

“Maarifçi Tələbə Kredit” Fondu fəaliyyətə başladı

“Maarifçi Tələbə Kredit” Fondunun ümumi nəzarət orqanı olan Himayəçilik Şurasının görüşü keçirilib. Görüş 25 may 2016-ci il tarixində Fondun yeni ofisində baş tutmuşdur.

Görüş zamanı Fondun ştat cədvəli və əməkdaşlarının vəzifə təlimatları, 2016-cı il üzrə büdcəsi, Fondun təqdim etdiyi kreditlər üzrə müraciət və seçim qaydaları, təhsil haqqı kreditlərinin şərtləri və ilk elan sessiyasının vaxtı müzakirə olunaraq qərarlar alınıb.

Bundan əlavə, Fondun yeni veb portalı üzrə iştirakçılar üçün təqdimat keçirilib. Veb portalın növbəti həftə ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Fond missiyası təhsil haqqını ödəyə bilməyən aztəminatlı tələbələrə kredit verilməsi vasitəsi ilə tələbələrin diqqətinin təhsil proqramına yönəldilməsi, ali təhsil müəssisələrinin maliyyə imkanlarının möhkəmləndirilməsi və ümumiyyətlə ölkənin gənc vətəndaşlarına ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.