MÜRACİƏT PROSESİ

1) Sənədlərin hazırlanması
Müraciət prosesində tələb olunan sənədlər müvafiq elan sessiyasının meyarlarına uyğun hazırlanmalı, tələb olunandan artıq və ya aidiyyəti olmayan sənəd təqdim olunmamalıdır. Nəzərə alınmalıdır ki, seçim zamanı, müraciətin meyarlara uyğunluğu oxlanarkən yalnız həqiqi təsdiqedici sənəd əsas götürüləcəkdir. Tələb olunan sənədlər və onların əldə olunması qaydasında dair məlumat Tələb olunan sənədlər səhifəsində ətraflı izah olunmuşdur.

2) Onlayn müraciət
Şəffaflıq və operativliyin təmin olunması məqsədilə müraciətlər ancaq onlayn şəkildə həyata keçirilir. Bunun üçün elan sessiyası üzrə tələb olunan sənədlər hazırlandıqdan sonra, Müraciət et səhifəsinə daxil olaraq müvafiq məlumatlar və sənədlər elektron qaydada təqdim olunur.

3) Müraciətin yoxlanılması və təsdiqi
Müraciət daxil olduqdan sonra, 2 (iki) iş günü ərzində təqdim olunan məlumatların tamlığı və sənədlərin düzgünlüyü yoxlanılır.

Müraciətdəki məlumatlarda nöqsan aşkarlandıqda və ya müraciət elan sessiyasının seçim meyarlarına uyğun olmadığı təqdirdə, tələbəyə əsaslandırılmış imtina cavabı elektron qaydada göndərilir.

Əks təqdirdə, tələbənin müraciəti təsdiq olunur və dərhal tələbəyə müraciətinin qəbul olunduğuna dair elektron bildiriş göndərilir. Elektron bildirişdə tələbəyə müqavilə imzalaması üçün 5 (beş) iş günü ərzində tələb olunan sənədlərlə Fonda yaxınlaşması tələb olunur.

Nəzərə alınmalıdır ki, elan sessiyasında yerlərin sayı məhdud göstərilibsə, seçim prosesi zamanı tələbələrin proqrama müraciət ardıcıllığı nəzərə alınır. Müraciət edənlərin seçimində uyğunluq tələbləri nəzərə alınmaqla, daha öncə müraciət edən tələbəyə üstünlük verilir.

4) Tələbə-Fond müqaviləsi
Tələbə Fonda yaxınlaşdıqda, tələb olunan sənədlərin əslini təqdim edir və Fondla müqavilə imzalayır. Standart müqavilə forması ilə Müqavilə forması səhifəsindən tanış ola bilərsiniz.

5) Müqavilənin qeydiyyatı
Tələbə imzalanmış Fond-Tələbə müqaviləsi və şəxsiyyət vəsiqəsi ilə birlikdə 10 (on) iş günü ərzində Fondun müqavilədə qeyd olunan bank hesabına 30 AZN dəyərində birdəfəlik xidmət haqqını ödəyir, daha sonra ödəyən şəxs qəbzin surətini Fonda təqdim edir. Qeyd olunan müddət ərzində tələbə xidmət haqqını ödəmədiyi halda Fond-Tələbə arasında müqavilə qüvvəsini itirir.

Fond müqaviləsi qüvvəyə minmiş tələbənin məlumatlarını və Fond-Tələbə müqaviləsinin surətini 1 (bir) iş günü ərzində ərzində tələbənin təhsil aldığı universitetə ünvanlayır və bu barədə tələbəni məlumatlandırır.

Tələbənin bildiriş tarixindən sonra, borc səbəbilə müvafiq imtahan sessiyasına buraxılmaması yolverilməzdir. Bunun üçün imtahana gəlirkən, tələbənin bildirişi göstərməsi kifayətdir. Universitetin bildirişi almaması, tapa bilməməsi və ya təsdiq etməməsi kimi səbələr irəli sürülə bilməz.