KİM MÜRACİƏT EDƏ BİLƏR?

Təhsil müəssisələri
Fondun təqdim etdiyi kredit imkanları aşağıdakı ali təhsil müəssisələrinə şamil olunur:

  - Azərbaycan Dillər Universiteti
  - Azərbaycan Dövlət Aqrar Universiteti
  - Azərbaycan Dövlət İqtisad Universiteti
  - Azərbaycan Dövlət Pedaqoji Universiteti
  - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  - Azərbaycan Texniki Universiteti
  - Azərbaycan Memarlıq və İnşaat Universiteti
  - Bakı Dövlət Universiteti
  - Bakı Slavyan Universiteti
  - Gəncə Dövlət Universiteti
  - Lənkəran Dövlət Universiteti
  - Sumqayıt Dövlət Universiteti
  - Xəzər Universiteti

Ümumi tələblər
Fondun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr aşağıdakı ümumi tələblərə cavab verməlidirlər:

  - Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  - Hazırda Fondun təsisçisi olan ali təhsil müəssisələrinin birində təhsil almalı;
  - Təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı;
  - Valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsinin baş verməməsi (borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetirilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması).

Xüsusi tələblər
Yuxarıda qeyd olunan ümumi tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunur:

  - Valideynlərinin illik gəlir həddi
  - Tələbənin yaşı
  - Təhsil dərəcəsi
  - Təhsil növü
  - Kursu
  - İxtisası
  - Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG)
  - Akademik borcun mövcudluğu

Bu tələblər seçim meyarı rolunu oynayır və Fond tərəfindən təqdim olunan kredit növləri və elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda, tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir.

Güzəştli kreditlər üzrə tələblər
Elan sessiyasında nəzərdə tutulduğu təqdirdə, aşağıda qeyd olunan meyarlara cavab verən tələbələrə müvafiq kredit növü yüngülləşdirilmiş (güzəştli) şərtlərlə təqdim oluna bilər:

  - ailə başçısını itirmiş şəxslərə;
  - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə;
  - sağlamlıq imkanları məhdud şəxslərə.

Tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir.